Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 İyul 2015 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri Latviyada bir neçə hərbi obyektdə olub


Latviya Respublikasına rəsmi səfəri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin "Adaji" hərbi bazası, Birgə Hücumun idarə edilməsi terminalı, Partlayıcı Maddələrin zərəsizləşdirilməsi Məktəbi, Tibb Mərkəzi və "SWATH" patrul gəmisini ziyarət edib.
Ziyarət zamanı Azərbaycanın Müdafiə nazirini Latviya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Raimonds Qraube müşayiət edib.
Səfər iyulun 4-də başa çatacaq.