Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində toplantı keçirilib 16 İyul 2015 09:00

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində qış tədris dövrünün yekunlarına həsr olunan toplantı keçirilib.Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanan toplantıda Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev çıxış edərək cari ilin birinci yarısında tibb xidmətinin fəaliyyətini təhlil edib, tapşırıqların yerinə yetirilməsi, aparılan profilaktik tədbirlər sayəsində hərbi qulluqçular arasında xəstələnmə səviyyəsinin xeyli azalmasını diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikasında döyüş atışlı gecə taktiki təlimləri keçirilib - VİDEO 15 İyul 2015 13:00

Silahlı Qüvvələrin 2015-ci ilin döyüş hazırlığı planına əsasən bütün birlik və birləşmələrdə istənilən hava, məhdud görmə və relyef şəraitində intensiv döyüş atışlı taktiki təlimləri keçirilir.

Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri cəbhəboyu zona üzərində uçuşlar keçirir - VİDEO 15 İyul 2015 11:15

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycanın Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterləri cəbhəboyu zona üzərində təlim-döyüş uçuşları keçirir.

Müdafiə naziri Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb 15 İyul 2015 09:00

İyulun 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Saken Jasuzakovla görüşüb.

Müdafiə naziri AŞPA-nın məruzəçisi ilə görüşüb 15 İyul 2015 09:00

Sentyabrın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi cənab Robert Uolterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Rafiq Alıcanovun 50 illik yubileyi təntənə ilə qeyd edilib 14 İyul 2015 09:00

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Ağstafa rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, şəhid, kapitan Rafiq Cəfər oğlu Alıcanovun 50 illik yubileyi təntənə ilə qeyd edilib.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Pentaqonla əlaqələrini bərpa edir 14 İyul 2015 09:00

Bir ilə yaxındır ki, Azərbaycanın ABŞ ilə əlaqələrində soyuqluq müşahidə olunur.

Azərbaycan Dövlət İqtisad Universitetinin professor-müəllim və tələbələri cəbhə bölgəsində 14 İyul 2015 09:00

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələri gündən-günə genişlənir.

Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana rəsmi səfərə gəlib 13 İyul 2015 09:00

İyulun 13-dən Qazaxıstan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Saken Jasuzakovun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri başlayıb.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib 13 İyul 2015 09:00

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.