Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin növbəti pilotsuz uçan aparatı məhv edilib 15 Sentyabr 2015 09:00

Cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus ilkin ehtimala görə "Krunk-25" tipli taktiki pilotsuz uçan aparatı (PUA) Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq atəş nəticəsində məhv edilib.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kursantların andiçmə mərasimi keçirilib 14 Sentyabr 2015 09:00

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan kursantların andiçmə mərasimi keçirilib.

Bakıda “Böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatları” mövzusunda təlim kursu keçirilir 14 Sentyabr 2015 09:00

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2015-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən cari ilin 14-17 sentyabr tarixlərində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “Böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatları” mövzusunda təlim kursu keçirilir.

Komanda Qərargah Hərbi Oyunları sona çatıb 14 Sentyabr 2015 09:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin və Silahlı Qüvvələrin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, eləcə də irimiqyaslı təlimlərə cəlb olunan məsul zabitlərin iştirakı ilə Komanda Qərargah Hərbi Oyunlarının yekunlarına dair müşavirə keçirilib.

Ağcabədi rayonunda hərbi vətənpərvərlik mövzusunda təbdir keçirilib 12 Sentyabr 2015 09:00

Komanda Qərargah Hərbi Oyunları başladığı ilk gündən Ağcabədi rayonunda "Ordu xalqla əl-ələ" devizi altında vətənpərvərlik tədbirlərinə start verilib.

Beyləqan Qarnizonunda hərbi vətənpərvərlik mövzusunda təbdirlər keçirilib 12 Sentyabr 2015 09:00

Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən təlim komanda-qərargah hərb oyunlarında təlim döyüş tapşırıqları üzrə fəaliyyət göstərən şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir.

Cəbhəboyu zonada yerləşən rayonların icra hakimiyyəti başçıları ilə birgə müşavirə keçirilib 12 Sentyabr 2015 09:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin tapşırığına əsasən sentyabrın 12-də Komanda Qərargah Hərbi Oyunlarının keçirildiyi səhra şəraitində Müdafiə Nazirliyi ilə cəbhəboyu zonada yerləşən rayonların icra hakimiyyəti başçılarının birgə müşavirəsi keçirilib.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 12 Sentyabr 2015 09:00

Sentyabrın 14-dən noyabrın 26-dək Buxarest şəhərində (Rumıniya) intensiv ingilis dili kursu, 16-dan 25-dək Qori şəhərində (Gürcüstan) Gender təlimi üçün təlimatçı kursu, 17-dən noyabrın 27-dək Liptovskiy Mikulaş şəhərində (Slovakiya) 15-ci Beynəlxalq Qərargah zabitləri kursu keçiriləcək.

Ağdamlılar Qələbə bayrağımızın tezliklə işğal altındakı torpaqlarımızda dalğalanacağına əmindirlər 11 Sentyabr 2015 09:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən komanda qərargah hərbi oyunları uğurla davam etdirilir.

Komanda Qərargah Hərbi Oyunlarının döyüş atışlı əsas mərhələsi keçirilib 11 Sentyabr 2015 09:00

Sentyabrın 11-də Komanda Qərargah Hərbi Oyunlarında döyüş atışları icra olunmaqla əsas mərhələ keçirilib.