Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Sentyabr 2015 09:00

Bakıda “Böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatları” mövzusunda təlim kursu keçirilir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2015-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən cari ilin 14-17 sentyabr tarixlərində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “Böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatları” mövzusunda təlim kursu keçirilir.
Kurs müddətində NATO-nun Mobil Təlim Qrupu tərəfindən iştirakçılara “NATO-da hərbi tərəfdaşlıq”, “NATO-nun hərbi siyasəti”, “Strateji kommunikasiya”, “İctimai əlaqələr”, “İnformasiya əməliyyatları doktrinası”, “Psixoloji əməliyyatlar”, “İnformasiyanın təhlili” və s. mövzular barədə məlumatlar verilir.