AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 16-da Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Silahlı Qüvvələrimizin bölmələrinin fəaliyyəti nəticəsində qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı daha qətiyyətlə alınır.
Dekabrın 14-də Bakıda Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işini başlayıb.
Dekabrın 12-də Silahlı Qüvvələrin bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordusu, hərbi birlik və birləşmələr, xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini anma günü münasibəti ilə keçirilən mərasimlərdə iştirak ediblər.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Heydər Əliyevin ideyalarına sadiqik” devizi altında keçirilən mərasimdə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Dekabrın 12-də Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini anma günü münasibəti ilə Fəxri xiyabanı ziyarət edib.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən tabelikdə olan idarə və təşkilatlar üzrə kadrlarla aparılmış işlərin yekunu və növbəti ildə qarşıda duran vəzifələrə dair toplantı keçirilib.
Dekabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammad Ahmed Hamel Al Qubaisi ilə görüşüb.
Dekabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Qyu ilə görüşüb.
Dekabrın 9-da saat 9.00 radələrində Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus növbəti DJI Inspire 1 (Quadcopter) tipli pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.