Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək 10 Fevral 2016 09:00

Fevralın 11-dən 18-dək Helsinki şəhərində (Finlandiya) Əməliyyat imkanları konsepsiyası üzrə məlumat bazası kursu keçiriləcək.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir 8 Fevral 2016 09:00

Fevralın 8-dən 12-dək Madrid şəhərində (İspaniya) NATO-da tibbi qiymətləndirmə kursu və Oberammerqau şəhərində (Almaniya) resursların idarə edilməsi üzrə təhsil proqramı kursu, fevralın 8-dən 19-dək isə Qarmiş-Partenkixen şəhərində (Almaniya) dil testi üzrə seminar keçirilir.

Qoşunların təmas xəttində ermənilərin təxribat cəhdlərinin qarşısı daha qətiyyətlə alınır - VİDEO 6 Fevral 2016 09:00

Əvvəlcədən müəyyən edilmiş koordinatlara əsasən düşmənin cəmləşdiyi nöqtələrə vurulan zərbələr nəticəsində erməni tərəfinin texnikası və şəxsi heyəti sıradan çıxarılıb.

Monitorinq baş tutdu 4 Fevral 2016 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 4-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Düşmən dövlət sərhədində növbəti dəfə təxribat törədib 4 Fevral 2016 09:00

Fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub.

2 Fevral – Gənclər Günü Silahlı Qüvvələrdə silsilə tədbirlərlə qeyd edilib 3 Fevral 2016 09:00

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Füzuli, Beyləqan Xocavənd, Ağcabədi, Kürdəmir, Qazax, Tovuz və digər rayonlarda 2 Fevral - Gənclər Günü geniş qeyd edilib.

2 Fevral – Gənclər Günü Silahlı Qüvvələrdə silsilə tədbirlərlə qeyd edilib 3 Fevral 2016 09:00

Müdafiə Nazirliyi və Tərtər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclərinin 1-ci Forumunun 20-ci ildönümü və 2 Fevral – Gəncləri Günü münasibətilə Tərtər şəhərində "Ordu gəncləri böyük qüvvədir" devizi altında kütləvi gənclik və vətənpərvərlik bayramı keçirilib.

Müdafiə Nazirliyi ilə Dövlət Komitəsi arasında illik tədbirlər planı imzalanıb 3 Fevral 2016 09:00

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2016-cı il üçün birgə tədbirlər planı imzalanıb.

Təmas xəttində monitorinq keçiriləcək 3 Fevral 2016 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 4-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

2 fevral – Azərbaycan gəncləri günü münasibətilə Azərbaycan Respublikası Müdafiə nazirinin Silahlı Qüvvələrin şəxsi heyətinə təbriki 1 Fevral 2016 09:00

Sizi 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə təbrik edir və hər birinizə ən səmimi arzularımı bildirirəm.