Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Aprel 2016 17:00

Bəhreyn Müdafiə Qüvvələri Komandanı Müdafiə nazirinə başsağlığı məktubu ünvanlayıb


 

Bəhreyn Müdafiə Qüvvələri Komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə cəbhədə baş verən döyüş toqquşması nəticəsində hərbçilərimizin şəhid olması ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova başsağlığı məktubu ünvanlayıb.
Məktubda bildirilir:
"Azərbaycanın Dağlıq Qarabağ bölgəsində həlak olanlar haqqında xəbər məni dərindən kədərləndirdi. Bəhreyn Müdafiə Qüvvələri adından, rəşadət göstərərək həlak olmuş cəsur Azərbaycan əsgəri üçün hökumətinizə, Sizə və həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm.
Bütün qəlbimizlə bu çətin zamanda Azərbaycan xalqının yanındayıq."