Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir 23 Fevral 2016 09:00

Fevralın 23-dən iyulun 23-dək İstanbul şəhərində (Türkiyə) Silahlı Qüvvələrin ali komanda və idarəetmə akademik, fevralın 23-dən iyulun 27-dək komandir və qərargah zabitləri üçün kurslar keçirilir.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir 22 Fevral 2016 09:00

Fevralın 22-dən 26-dək Ankara şəhərində (Türkiyə) beynəlxalq mikrocərrahiyyə və fevralın 22-dən martın 18-dək Vişkov şəhərində (Çexiya) kiçik komandirlər üçün liderlik kursları keçirilir.

Birliklərdə tank heyətlərinin yarışları keçirilir - VİDEO 20 Fevral 2016 12:00

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən tank hərbi hissə və bölmələrində "Ən yaxşı tank heyəti" adı uğrunda yarışlar keçirilir.

Hərbi hissələrdə döyüşə hazırlıq məşqləri keçirilir 19 Fevral 2016 09:00

Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə və hərbi hissələrin döyüşə hazırlıq vəziyyətinə gətirilmə planına əsasən kompleks məşqlər keçirilir və şəxsi heyətin funksional vəzifələrini icraetmə bacarıqları yoxlanılır.

Xocalı soyqırımının ildönümü Silahlı Qüvvələrdə keçiriləcək silsilə tədbirlərdə anılacaq 19 Fevral 2016 09:00

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Silahlı Qüvvələrdə Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib 18 Fevral 2016 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Ankara şəhərində törədilmiş xain terror aktı nəticəsində həlak olanlarla bağlı Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaza və qardaş respublikanın Baş Qərargah rəisi ordu generalı Hulusi Akara başsağlığı məktubları ünvanlayıb.

Silahlı Qüvvələrdə yeni tədris dövrü davam edir 18 Fevral 2016 09:00

Silahlı Qüvvələrdə uğurla başlayan yeni tədris ili birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri və idarəetmə orqanlarının bütün şəxsi heyətini əhatə edib.

Hərbi həkimlər ABŞ-da keçirilən konfransda iştirak ediblər 18 Fevral 2016 09:00

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin zabitləri ABŞ-ın Arlinqton şəhərində keçirilən Amerika mikrobiologiya elmi cəmiyyətinin (ASM) biomüdafiə məsələlərinə və yeni yoluxucu xəstəliklərin tədqiqatına dair illik konfransında iştirak ediblər.

Monitorinq baş tutdu 18 Fevral 2016 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 18-də Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Gəncədə hərbi qulluqçular üçün inşa edilən şəhərciyin açılışı olub - VİDEO 17 Fevral 2016 13:00

Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncədə hərbi qulluqçular üçün inşa edilən şəhərciyin açılışında iştirak edib.