AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Cəbhə bölgələrindəki hərbi hissələrdən birində keçirilən tədbirdə Xocalı qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində plana uyğun olaraq kursantların hazırlığı üzrə praktiki tədris və təlim məşğələləri keçirilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Goranboy və Xocalı rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə xocalıların məskunlaşdığı Aşağı Ağcakənd qəsəbəsində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar "Xocalı yol gözləyir" devizi altında faciə qurbanlarının kütləvi anma mərasimi keçirilib.
Ənənəyə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, martın 20-də saat 10.00-da Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil olunacaq.
Bakı şəhəri 257 və 120 nömrəli tam orta məktəblərinin 9-cu və 10-cu sinif şagirdləri üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə ekskursiya təşkil olunub.
Fevralın 24-də Azərbaycan Hərb Tarixi Muzeyində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan "Qan yaddaşımız Xocalı" adlı tədbir keçirilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə NATO arasında 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən fevralın 23-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında təlim kursu başlayıb.
Fevralın 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Neboyşa Rodiç ilə görüşüb.
Silahlı Qüvvələrdə Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.