AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Cəbhə bölgəsindəki hərbi bölmələrin birində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar ədəbi-bədii gecə keçirilib.
2016-cı ilin tədris planına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında Azərbaycan Respublikası Milli Məclisinin komitə sədrləri tərəfindən silsilə mühazirələrin keçirilməsinə başlanılıb.
Martın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının Komandanı general-mayor Əhməd İbrahim Məhəmməd İbrahimin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycan Rəssamlar İttifaqının kollektivi ilə incəsənət həftəsi çərçivəsində Səttar Bəhlulzadənin yaradıcılığına həsr olunmuş görüş keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Silahlı Qüvvələrdə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Son günlər işğal olunmuş ərazilərdə xeyli sayda itkilərə məruz qalan erməni tərəfi uğursuzluqlarının əvəzini çıxmağa can ataraq Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatların sayını artırıb.
Belarus Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Oleq Belokonevin dəvəti ilə bu ölkədə səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov martın 28-də Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətləri Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin Minsk şəhərində keçirilən növbəti iclasında iştirak edir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Lahor şəhərindəki parkda törədilmiş partlayış nəticəsində həlak olan və xəsarət alanlarla bağlı Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ordu generalı Rəşad Mahmuda başsağlığı ünvanlayıb.
Silahlı Qüvvələrimizin bölmələri tərəfindən martın 26-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinə məxsus canlı qüvvə və hərbi texnika məhv edilib.