Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 May 2016 09:00

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşelərinin cəbhəboyu zonaya səfəri təşkil olunub - VİDEO

Xarici ölkələrin Azərbaycanda akkreditə olunan hərbi attaşelərinin mayın 11-də cəbhəboyu zonaya səfəri təşkil olunub.
Azərbaycan Respublikasının Müdafiə və Xarici İşlər nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən səfərdə 13 ölkədən 20-dən artıq hərbi attaşe iştirak edib.

Tərtər rayonunun Əskipara kəndinə gələn hərbi attaşelər mayın 10-da Ermənistan silahlı qüvvələrinin ağ fosfor mərmisi atdığı əraziyə baxış keçiriblər. Daşınması mümkün olmadığından mərmi mütəxəssislər tərəfindən partladılaraq məhv edilib.