Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs yenə də pozulmaqdadır 6 Aprel 2016 11:00

Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında hərbi əməliyyatların dayandırılmasına dair əldə edilmiş razılaşmaya baxmayaraq Ermənistan ordusunun bölmələri tərəfindən atəşkəs yenə də pozulmaqdadır.

Rusiya tərəfinin vasitəçiliyi ilə görüş keçirilib 6 Aprel 2016 10:00

Aprelin 5-də Moskva şəhərində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Yuri Xaçaturov arasında Rusiya tərəfinin vasitəçiliyi ilə görüş keçirilib.

Cəbhədəki vəziyyətə dair son məlumat 6 Aprel 2016 09:00

Bütün cəbhə boyu vəziyyət gərgin sabit olaraq qalır.

Məlumat 5 Aprel 2016 16:00

Son günlər sosial şəbəkələrdə ayrı-ayrı şəxslər Silahlı Qüvvələrə yardım adı altında əhaliyə çağırışlar edərək onlardan pul və ərzaq istəyir, vətəndaşları bu tip kampaniyalara qoşulmağa dəvət edirlər.

Müdafiə Nazirliyinə çoxsaylı müraciətlər ünvanlanır 5 Aprel 2016 15:00

İşğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə bölmələrimizin son günlərdə keçirdiyi hərbi əməliyyatlarda iştirak etmək üçün Azərbaycanın minlərlə vətənpərvər oğul və qızları, hətta əsgəri xidmətə yaşı çatmayan 15-17 yaşlı gəncləri, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranları müraciət ünvanlayaraq Silahlı Qüvvələrə səfərbər olunmağa hazır olduqlarını bildirirlər.

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkib - VİDEO 5 Aprel 2016 14:40

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkib.

Məlumat 5 Aprel 2016 14:00

Müdafiə Nazirliyi bildirir ki, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.

LayfNyus telekanalının təxribat xarakterli tele-süjetinə dair Müdafiə Nazirliyi Mətbuat Xidmətinin açıqlaması 5 Aprel 2016 11:00

Uğursuzluğa düçar olan və məğlubiyyətlə qarşılaşan Ermənistanın hərbi və siyasi rəhbərliyi anti-Azərbaycan niyyətli xarici KİV-in də fəaliyyətindən bəhrələnərək ölkəmiz haqqında təxribat xarakterli, guya Suriyada İŞİD terrorçu təşkilatının tərkibində fəaliyyət göstərən azərbaycanlıların Qarabağda ermənilərə qarşı hərbi əməliyyatlarda iştirak etmək məqsədilə Türkiyə ərazisindən keçərək Azərbaycana gəlmələri barədə yaydıqları məlumatlar tamamilə əsassızdır və dezinformasiyadır.

Feysbuk sosial şəbəkəsində Müdafiə Nazirliyinin rəsmi səhifəsi fəaliyyətə başlayıb 5 Aprel 2016 10:00

Aprelin 5-dən feysbuk sosial şəbəkəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmi səhifəsi fəaliyyətə başlayıb.

3 ədəd döyüş tankı heyətlə birlikdə məhv edilib - VİDEO 5 Aprel 2016 09:01