AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyunun 15-də Rusiya Federasiyasının Moskva şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində "15 iyun - Milli Qurtuluş günü" münasibətilə silsilə tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə hər il 18 iyun İnsan Hüquqları Günü kimi qeyd edilir.
Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 15-də Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün bu gün Rusiya Federasiyasının Moskva şəhərinə yola düşüb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, nazirliyin Baş İdarə və İdarə rəisləri, Silahlı Qüvvələrin qoşun növü komandanları, eləcə də birlik komandirlərinin iştirakı ilə geniş tərkibdə xidməti müşavirə keçirilib.
İyunun 13-dən 16-dək İzmir şəhərində (Türkiyə Respublikası) əməliyyat planlaşdırması prosesi kursu və iyunun 13-dən 17-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) kiçik, yüngül silahlar və minalarla bağlı fəaliyyətlər kursu keçirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana uyğun olaraq Silahlı Qüvvələrin Mühəndis-istehkam Qoşunlarının döyüş hazırlığı təlimi keçirilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2016-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Şimali Atlantika Alyansının Nortvud Dəniz Komandanlığının ekspert qrupu ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndələri arasında "Dənizdə təqibetmə əməliyyatları üzrə göyərtə-axtarış bölmələri" mövzusunda işçi görüşü keçirilir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 8-də Xocavənd rayonu Kuropatkino kəndinin şərqindən keçən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.