Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 İyun 2016 09:00

Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib

İyunun 15-də Rusiya Federasiyasının Moskva şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib.
İclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri müzakirə olunub.
İclas çərçivəsində general-polkovnik Zakir Həsənovun rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə ikitərəfli görüşü də olub.
Görüşdə beynəlxalq və regional təhlükəsizliyin aktual məsələləri, həmçinin Azərbaycan ilə Rusiya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və vəziyyəti barədə fikir mübadiləsi aparılıb.