AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 44 hərbi qulluqçudan ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.
Müdafiə Nazirliyi ilə Səbail rayon icra hakimiyyətinin birgə layihəsi əsasında ön cəbhə xəttində xidmət edən hərbi qulluqçuların övladları, şəhid uşaqları, eləcə də rayonun məktəblərində təhsildə fərqlənən şagirdlərdən ibarət 180 nəfərlik qrup Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə təşkil olunan hərbi-vətənpərvərlik təmayüllü "Gənc Heydərçilər" yay düşərgəsinə yola salınıb.
İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
İyulun 12-dən 21-dək Şumen şəhərində (Bolqarıstan Respublikası) İngilis Dili Fakültəsinin İnkişafı üzrə işçi görüşü keçiriləcək.
İyulun 9-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Müdafiə Nazirliyi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Aprel döyüşləri-ruhumuzun qələbəsi!" devizi ilə hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib.
Ermənistanın kütləvi informasiya vasitələrinin iyulun 8-nə keçən gecə cəbhənin Ağdam istiqamətində guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin təxribat hərəkəti barədə yaydığı məlumat həqiqətə uyğun deyil və dezinformasiya xarakteri daşıyır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Ramazan bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub.
Cənab zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!Sizi Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
Son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.
Havanın temperaturunun yüksəlməsi ilə əlaqədar Silahlı Qüvvələrin şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiq olunmasına başlanılıb.