Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək 20 İyul 2016 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 21-də Tərtər şəhərinin qərbindən keçən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi komandirlərin şəxsi heyətlə iş üzrə müavinləri ilə görüşüb 16 İyul 2016 09:00

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və hərbi hissə komandirlərinin, xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri ilə keçirilən təlim-metodik toplantıda Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov iştirak edib.

Monitorinq baş tutdu 15 İyul 2016 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 15-də Azərbaycan Respublikası Füzuli rayonu Horadiz şəhərinin cənubundan keçən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyasının komandanı ölkəmizdə işçi səfərdədir 15 İyul 2016 09:00

ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyasının komandanı general-leytenant Robi Aşerin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə işçi səfəri başlayıb.

Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub 15 İyul 2016 09:00

Ermənistan hərbi-siyasi rejiminin rəhbərliyi cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi məqsədilə növbəti təxribatı həyata keçirib.

Şəxsi heyətlə iş üzrə komandir müavinlərinin toplantısı keçirilib 15 İyul 2016 09:00

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2016-cı ilin ötən dövrü ərzində həyata keçirilən tədbirlərin təhlili və döyüş hazırlığının ikinci yarımilində qarşıda duran vəzifələrlə bağlı toplantı öz işinə başlayıb.

Belarus Silahlı Qüvvələrinin nümayəndə heyəti hərbi hissələrimizdə olub 14 İyul 2016 09:00

Ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Oleq Belokonevin rəhbərlik etdiyi nümayəndə heyəti hərbi hissələrimizi ziyarət edib.

Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək 14 İyul 2016 09:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 15-də Azərbaycan Respublikası Füzuli rayonu Horadiz şəhərinin cənubundan keçən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi belaruslu həmkarı ilə görüşüb 13 İyul 2016 09:00

İyulun 13-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini- Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Oleq Belokonev ilə görüşüb.

Bakıda NATO-nun mobil təlim qrupu "Təlimlərin planlaşdırılması" kursunu keçirir 12 İyul 2016 09:00

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssum şəhərində (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "Təlimlərin planlaşdırılması" mövzusunda təlim kursu keçirilir.