Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyul 2016 09:00

Belarus Silahlı Qüvvələrinin nümayəndə heyəti hərbi hissələrimizdə olub

Ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Oleq Belokonevin rəhbərlik etdiyi nümayəndə heyəti hərbi hissələrimizi ziyarət edib.
Qonaqlar əvvəlcə Silahlı Qüvvələrin Hərbi Akademiyası, Hərbi Dəniz Qüvvələrinin bazası və sülhməramlı qüvvələrin hərbi hissəsində yerləşən hərbi-texniki infrastruktur, inzibati, xidməti binalar və qurğular ilə tanış olub. Onlara şəxsi heyətin döyüş və xidməti vəzifələrini yerinə yetirməsi üçün yaradılan şərait barədə ətraflı məlumat verilib.
Sonra belaruslu qonaqlar Hərbi Dəniz Qüvvələrinin Dəniz hazırlığı və dalğıc poliqonuna gəliblər. İxtisaslaşdırılmış dalğıc mütəxəssislərinin hazırlığı üçün nəzərdə tutulan və ən yeni dalğıc texnikası nümunələri, suyadalma vasitələri, xüsusi avadanlıqlarla təchiz edilmiş poliqonun infrastrukturu ilə tanış olan general-mayor O.Belokonev yaradılan şəraiti yüksək qiymətləndirib.