AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiya Respublikasında keçirilən "Gələcək Qüvvələr Forumu 2016"nın son günündə təşkil olunan beynəlxalq konfransda iştirak edib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Serbiya Respublikası Müdafiə Nazirliyi arasında cari il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, oktyabrın 20-də Bakıda tibb xidməti üzrə ekspertlərin görüşü keçirilib.
Çexiya Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov çexiyalı həmkarı Martin Stropnitski ilə görüşüb.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində bəyan etdiyi ƏİK Kəşfiyyat bölüyünün 1-ci səviyyəli özünüqiymətləndirmə təlimi keçirilir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 20-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Prezident yanında Bilik Fondunun və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına hərbi liseydə "Sağlam həyat tərzinin təbliği" layihəsi çərçivəsində tədbir keçirilib.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr Silahlı Qüvvələrdə də uğurla həyata keçirilir.
Müdafiə Nazirliyi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə oktyabrın 19-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Silahlı Qüvvələr və media:
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Çexiya Respublikasına səfəri çərçivəsində bu ölkənin müdafiə, daxili işlər, xarici işlər nazirlikləri, Silahlı Qüvvələrin Baş Qərargahı, NATO qərargahı, Avropa Müdafiə Agentliyi və bir sıra digər milli və beynəlxalq təşkilatların dəstəyi ilə keçirilən "Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2016" da iştirak edir.
Bakıya dostluq səfəri çərçivəsində İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin hərbi "Dəmavənd" və "Cövşən" gəmilərinin şəxsi heyəti oktyabrın 19-da Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.