Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Oktyabr 2016 09:00

Hərbi liseyin kursantları sağlam həyat tərzi ilə bağlı məlumatlandırılıb

Prezident yanında Bilik Fondunun və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına hərbi liseydə "Sağlam həyat tərzinin təbliği" layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə Cəmşid Naxçıvanski adına hərbi liseyin rəisi polkovnik Rüfət Əmirov, Bilik Fondunun nümayəndəsi Vidadi Rzayev və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim mütəxəssisi Rüfət Rəhimov çıxış ediblər.
Məruzəçilər sağlam həyat tərzi ilə bağlı maraqlı məlumatlar verib, zərərli vərdişlərin insan orqanizmində törətdiyi fəsadlardan danışıblar. Narkomaniya və tütün istfadəçilərinin sağlamlıqlarına vurduqları zərər ilə əlaqədar göstərilən videoçarx maraqla izlənilib.
Görüşün sonunda qonaqlar kursantlarla xatirə fotosu çəkdiriblər.