AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Noyabrın 12-də Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə ölkəmizdə “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin açılış mərasimi keçirilib.
Bakı şəhərində "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası"nın Təlim-Tədris üzrə işçi qrupunun fəaliyyəti ilə bağlı seminar keçirilib.
“Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq Planı"na əsasən "PUA bölmələrinin, ordu dronlarının və dron operatorların hazırlığı sahəsində təcrübə mübadiləsi" mövzusunda görüş keçirilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə və Gürcüstanın müdafiə nazirlikləri arasında mövcud olan qarşılıqlı əməkdaşlıq planlarına əsasən, Bakı şəhərində üç ölkənin Milli Müdafiə Universitetlərinin (MMU) rektorlarının rəhbərlik etdikləri nümayəndə heyətləri arasında üçtərəfli görüş keçirilib.
Konstitusiyanın qəbul olunmasından 31 il keçir Hər bir ölkənin ana qanunu onun Konstitusiyasıdır...davamı Birliyimizdən doğan Zəfər, Zəfərimizdən doğan qürur!
Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti altında hərbi qulluqçuların yürüşləri təşkil edilib.
Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!
Zəfər Günü münasibətilə Azərbaycanın xarici ölkələrdəki nümayəndəlikləri və həmin ölkələrdə akkreditə olunmuş hərbi attaşelik aparatlarında tədbirlər keçirilib.
Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.