Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Noyabr 2026 17:48

Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib

Bakı şəhərində "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası"nın Təlim-Tədris üzrə işçi qrupunun fəaliyyəti ilə bağlı seminar keçirilib. 

Seminarda hər iki ölkə ordularının komanda-nəzarət, radioelektron mübarizə və kibertəhlükəsizlik qabiliyyətlərinin inkişaf etdirilməsi, həmçinin göstərilən sahələrdə dünyada cərəyan edən hadisələrin təqib edilməsi məqsədilə ətraflı müzakirələr aparılıb.

Seminar çərçivəsində müxtəif mövzular üzrə çıxış edən məruzəçilər mövcud fəaliyyət mexanizmləri barədə məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Tədbirin sonunda tərəflər arasında "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası"nın Təlim-Tədris üzrə yekun protokolu imzalanıb, qarşılıqlı hədiyyələr təqdim olunub.

Qeyd edək ki, bu cür əməkdaşlıq hər iki ölkə ordularının döyüş hazırlığının artırılmasına, peşəkar təcrübə mübadiləsinin genişləndirilməsinə və təlim-tədris üzrə hərbi əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir.