AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Yanvarın 22-də görkəmli sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 116 illiyinə həsr olunan anım tədbiri keçirilib.
Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Qətərə səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Şeyx Saud bin Əbdülrəhman bin Həsən Al Tani və Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Casim bin Məhəmməd Al Mannai ilə görüşüb.
Azərbaycanın Qətərdəki səfirliyində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım günü keçirilib.
Müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq, 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər təşkil edilib.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə 2026-cı il üçün birgə tədbirlər planı imzalanıb.
Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Silahlı Qüvvələri tərəfindən təşkil edilən 9-cu Doha Beynəlxalq Dəniz Müdafiə Sərgisi və Konfransında ("DIMDEX 2026") iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü ərəfəsində Şəhidlər xiyabanını ziyarət ediblər.20 Yanvar şəhidlərinin məzarları üzərinə gül dəstələri düzülüb, Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını fəda etmiş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad olunub.
“Son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırmışdır...”Dövlət müstəqilliyi bərpa olunduqdan sonra dünyanın böyük və bəşəri dövlətləri ilə Azərbaycan arasında yaranmış ikitərəfli münasibətlər siyasi əsaslarla genişlənirdi.
Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda daşqaldırma birinciliyinin açılış mərasimi keçirilib.