AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Macarıstan Respublikası Müdafiə Qüvvələri arasında 2025-ci il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi tibb sahəsi üzrə mütəxəssisləri arasında görüş keçirilib.
Azərbaycan Ordusunda xidmət edən psixoloqların bilik və bacarıqlarını, peşəkarlıq səviyyələrini artırmaq, müxtəlif xidmət şəraitlərində daha effektiv fəaliyyət göstərmələrini təmin etmək məqsədilə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda psixoloji təlim keçirilir.
Türkiyənin İzmir şəhərində "Doğu Akdeniz - 2025" (Şərqi Aralıq dənizi - 2025) dəvət təlimi keçirilib.
2025-ci ilin NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “Əldə düzəldilmiş partlayıcı qurğulara qarşı mübarizə” mövzusunda seminar-məşğələ keçirilir.
2025-ci ilin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ilin yekunlarına dair keçirilən yoxlamalar zamanı hərbi hissə və bölmələrin uğurlu fəaliyyəti yüksək qiymətləndirilib.
Bakıda "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 16-cı Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" Protokolunun müvafiq maddəsinin icrası ilə əlaqədar görüş keçirilib.
Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində XTQ-nin N hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib.Əvvəlcə hərbi vəzifəlilərlə sinif məşğələləri təşkil edilib, onlara nizamnamələr və təhlükəsizlik qaydaları öyrədilib.