AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə sənayesi naziri Vüqar Mustafayev, ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov və müdafiə naziri general-leytenant Şuhrat Xalmuxamedov dekabrın 12-də komando hərbi hissələrindən birini ziyarət ediblər.
Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günündə Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib.Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi dərin hörmət və ehtiramla yad olunub.
Özbəkistan Respublikasının hərbi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.
Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) Naviqasiya Hidroqrafiya və Okeanoqrafiya İdarəsinin nümayəndə heyəti Azərbaycana səfər edib.
Hərbi xidmət sıra hazırlığından başlanırSıra hazırlığı əsgərlərin vahid, nizamlı bir qüvvə kimi fəaliyyət göstərməsini təmin edən qədim bir tətbiqdir...davamıŞəhid leytenant İbrahim Əliyevin anım günü qeyd olunubKəngərli rayonunun Qabıllı kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış leytenant İbrahim Mustafa oğlu Əliyevin şəhadətinin 5-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib...davamıAzərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsiMövzu:
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı (IPCP) çərçivəsində Bakıda NATO-nun Brunssumda yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupunun ekspertləri ilə nazirliyin mütəxəssisləri arasında “Tərəfdaş ölkələrin qabiliyyət uyarlılığı təşəbbüsü” təliminin II koordinasiya görüşü keçirilib.
Dekabrın 10-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov və müdafiə naziri general-leytenant Şuhrat Xalmuxamedovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Cari ilin hazırlıq planına əsasən, dekabrın 9-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində zabit təkmilləşdirmə kursunun növbəti buraxılış mərasimi keçirilib.
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bakıda Türkiyə nümayəndə heyəti ilə mövcud və gələcək əməkdaşlıq istiqamətlərinin müzakirəsinə həsr olunmuş işçi görüşü keçirilib.
Dekabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “16-cı NATO günləri" çərçivəsində ölkəmizdə səfərdə olan Alyansın Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) Qərargah rəisinin müavini - Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Yusuf Karagüllenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.