Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Bayram günlərində Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə görüşüb 7 İyun 2025 11:09

Qurban bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hissələri ziyarət edərək şəxsi heyətlə görüşüb.Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev, Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyeva və müdafiə naziri general-polkovnik Zakir Həsənovun bayram təbrikləri şəxsi heyətə çatdırılıb.

"Azərbaycan Ordusu" qəzeti № 40 (2949) 6 İyun 2025 18:37

Əsgərlərimiz ərazi bütövlüyümüz ilə yanaşı, səmamızın da təhlükəsizliyini qoruyurlarQalib Azərbaycan Ordusunda aparılan islahatlar sırasında şəxsi heyətin döyüş hazırlığı cəmləşmiş bütün parametrləri ilə mühüm əhəmiyyət kəsb edən faktorlardan biridir...davamı Polad iradəli tankçılarTankların hərb tarixində rolu danılmazdır.

Polşa nümayəndə heyəti Hərbi İnstitutda olub 5 İyun 2025 15:57

Ölkəmizdə səfərdə olan Polşa Respublikasının Yaroslav Dombrovski adına Hərbi Texnologiyalar Universitetinin ingilis dili müəllimlərindən ibarət nümayəndə heyəti Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.

Azərbaycan Respublikası müdafiə nazirinin Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki 5 İyun 2025 15:10

Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!Sizi Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, Vətənə müqəddəs və şərəfli xidmətinizdə uğurlar arzulayıram.

"Azərbaycan Ordusu" qəzeti № 39 (2948) 4 İyun 2025 20:04

Şanlı Zəfərin Böyük Qayıdış salnaməsi5 il bundan əvvəl hər şey, bəlkə də, əlçatmaz arzu kimi görünürdü bizə...davamıTarixi şəxsiyyət - tarixin şəxsiyyətiDövlətlər yaranandan, dövlətlər arasına sərhədlər düşəndən qılınclar qınından sıyrılıb, çox vaxt söz qılıncdan kəsərli olub...davamı“Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Qarabağımızı azad etdik”Tariximizə nəzər saldıqda neçə-neçə oğullarımızın Vətən üçün canından keçməyə hazır olduğunun, qorxu bilmədən düşmən üzərinə mətin addımlarla yeridiyinin şahidi oluruq...davamıAzərbaycan Ordusunun yaranması və inkişaf perspektivləriBugünkü müasir Azərbaycan Ordusu 1918-ci ildə yaranmış və 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin qurduğu ordunun varisidir...davamıAzərbaycan və Türkiyə:

ƏÜO-da "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib 4 İyun 2025 17:20

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib.

Azərbaycan Ordusunun nümayəndələri "Qətiyyətli Güc-2025" təlimində iştirak ediblər 4 İyun 2025 16:00

Azərbaycan Ordusunun nümayəndələri NATO-nun "Qətiyyətli Güc-2025" (Resolute Force-2025) çoxmillətli komanda-qərargah təlimində iştirak ediblər.

Müdafiə Nazirliyinin məlumatı 4 İyun 2025 14:53

Havaların qeyri-sabit keçməsi səbəbindən respirator xəstəliklərə, o cümlədən hazırda ölkə ərazisində yayılmış mövsümi qrip infeksiyasına yoluxma hallarında artım müşahidə olunur.

NATO-nun Mobil Təlim Qrupu ilə treninq keçirilir 4 İyun 2025 09:42

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, Niderland Krallığının Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu ilə “Əməliyyatların planlama prosesi” mövzusunda treninq keçirilir.

Azərbaycan və Serbiya hərbi nümayəndələri arasında görüş keçirilib 3 İyun 2025 16:56

Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda iki ölkənin Müdafiə nazirliklərinin əməkdaşları arasında görüş keçirilib.