Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyəyə səfərə gedib 26 İyun 2025 13:30

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın dəvəti ilə İstanbul şəhərinə yola düşüb.

Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyinin rəhbərliyi hospitalı ziyarət edib 26 İyun 2025 13:15

26 İyun - Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 107-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib.

Müdafiə naziri Fəxri Xiyabanda və Zəfər parkında olub 26 İyun 2025 12:09

26 İyun - Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 107-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti və digər vəzifəli şəxsləri Ümummilli Lider Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət edib.

Prezident İlham Əliyevin Sərəncamına əsasən hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib 25 İyun 2025 18:10

İyunun 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Müdafiə Nazirliyinin ali hərbi rütbələr verilən hərbi qulluqçuları ilə görüşüb.

26 İyun - Silahlı Qüvvələr Günündə hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri təşkil olunacaq 25 İyun 2025 17:59

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Bakı, Gəncə, Xankəndi və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 25 İyun 2025 11:11

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 25 İyun 2025 11:08

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları və mülki işçiləri təltif edilsinlər:

Türkiyə MMU-nun nümayəndə heyəti ölkəmizdə səfərdədir 24 İyun 2025 19:21

Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Serdar Salmanın rəhbərliyi ilə qardaş ölkənin MMU Quru Qoşunları Hərbi İnstitutunun rəhbər heyəti və "Qərargahın idarə olunması kursu"nun dinləyiciləri ölkəmizdə səfərdədir.

Azərbaycan Ordusunda psixoloqlarla növbəti dəfə təlim keçirilib 24 İyun 2025 15:32

Azərbaycan Ordusunda xidmət edən psixoloqların bilik və bacarıqlarını artırmaq, ekstremal şəraitdə daha səmərəli fəaliyyət göstərmələrini təmin etmək məqsədilə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda psixoloqlarla təlim keçirilib.Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan və Serbiya HHQ arasında mütəxəssis görüşü keçirilib 24 İyun 2025 12:43

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Serbiya Respublikasının Müdafiə Nazirliyi arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin "Hərbi Hava Qüvvələri (HHQ) arasında mütəxəssis görüşü" keçirilib.