AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanan birgə plana əsasən, milli-mənəvi dəyərlərimizin təbliği və hərbi qulluqçuların maarifləndirilməsi məqsədilə keçirilən tədbirlər davam edir.
Azərbaycan Ordusunda hərbi qulluqçuların mədəni asudə vaxtının səmərəli təşkili, hərtərəfli mənalı istirahəti və şəxsi heyətin ruh yüksəkliyini daha da artırmaq məqsədilə mütəmadi olaraq tədbirlər keçirilir.
Quru Qoşunlarının 2024-cü ilin hazırlıq planına uyğun olaraq, hərbi qulluqçular arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.
“Komando olmaq xüsusi dözüm, iradə, fiziki güc və bilik tələb edir”Azərbaycan Ordusunda diqqət mərkəzində saxlanılan mühüm məsələlərdən biri də şəxsi heyətin döyüş vərdişlərinin artırılmasıdır...davamıAprel səhəri - Aprel ZəfəriTarix həm də təqvimdir, aylar il olur, illər tarix.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunun qoşun növləri, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Ramazan bayramı ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Aprelin 10-da Müdafiə Nazirliyinin hərbi polisinin yaranmasının 32-ci ildönümü və Ramazan bayramı münasibətilə tədbir keçirilib.
Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu prosesi davam edir.
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən cari il ərzində iki ölkə arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək.
Aprelin 9-u saat 10:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.