AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
2024-cü ilin döyüş hazırlığı planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlinin iştirakı ilə təlim toplanışı keçirilib.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədilə qərara alıram:
Müdafiə Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Milli Məclisdə andiçmə mərasimindəki tarixi nitqinin təbliği və qarşıya qoyulan mühüm vəzifələrin şəxsi heyətə çatdırılması məqsədi ilə silsilə tədbirlər keçirilib.
Cari ilin hazırlıq planına uyğun olaraq, "N" hərbi hissəsində keçirilən "Komando başlanğıc kursu" davam edir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, hava hücumundan müdafiə bölmələrinin şəxsi heyəti ilə məşğələlər keçirilir.
Cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda "Tankların və döyüş maşınlarının heyətlərinin hazırlanması kursu" keçirilir.Mexanik-sürücü və tuşlayıcı-operator ixtisasları üzrə gənc əsgərlərin cəlb edildiyi kursda şəxsi heyət tank və müxtəlif təyinatlı döyüş maşınlarının təbii və süni maneələri dəf edərək idarə olunması üzrə tapşırıqları icra ediblər.Hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən kursda bütün növ şərait yaradılıb.
Müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçuların asudə vaxtının səmərəli təşkili, hərtərəfli mənalı istirahəti və maarifləndirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər keçirilir.
Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Röyal Məmmədov, Şamxal Abbasov, Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyli və Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun xatirəsinə həsr edilən anım mərasimləri keçirilib.
Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin andiçmə mərasimi keçirilib.