AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib.
Azərbaycan Ordusunun hərbi polis bölmələrinin azad edilmiş ərazilərdəki yaşayış məntəqələri və qoşunların dislokasiya yerlərində fəaliyyəti yüksək səviyyədə təşkil olunur.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz piyadaları və xüsusi təyinatlılarının iştirakı ilə "Birləşdik-2024" taktiki təlimi keçiriləcək.
Yanvarın 19-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin kommunikasiyaya cavabdeh şəxsləri ilə hərbi mövzuda xəbər hazırlayan, yazılar yazan jurnalistlər və ekspertlər arasında görüş keçirilib.
Yanvarın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri cənab Robert Kalinakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru, milli təhlükəsizlik və hərb elmləri üzrə fəlsəfə doktoru, dosent, general-mayor Arif Həsənov rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə İran İslam Respublikasının Ali Milli Müdafiə Universitetinin rəisi general-mayor, doktor İsmayıl Əhmədi Müqəddəmin dəvəti ilə bu ölkədə səfərdə olub.
Yanvarın 17-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikası milli müdafiə nazirinin müavini cənab Celal Sami Tüfekçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikası milli müdafiə nazirinin müavini cənab Celal Sami Tüfekçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov cari ilin 17 yanvar tarixində, təlim-məşq uçuşları zamanı "Mİ-8" hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Qırğız Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotova başsağlığı ünvanlayıb.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı növbəti silah-sursat anbarı aşkar edilib.