AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Sentyabrın 20-si saat 10:00 radələrində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.
Sentyabrın 19-dan başlayaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam edir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir daha Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırır.
Ermənistan sosial media hesablarında paylaşılan mülki şəxslərin və mülki inrastrukturun guya Silahlı Qüvvələrimiz tərəfindən atəşə məruz qalması barədə məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır.
Sentyabrın 19-da Müdafiə Nazirliyi tərəfindən media nümayəndələri üçün brifinq keçirilib.