AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bölmələrin qarşılıqlı əlaqədə fəaliyyətinin təmin edilməsi və döyüş qabiliyyətinin artırılması məqsədilə ölkəmizdə keçirilən "Alpan-2023" birgə təlimi davam edir.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları Qazaxıstanın “Spassk” təlim mərkəzində keçirilən “Aybın” hərbi vətənpərvərlik toplanışında iştirak edirlər.
Quru Qoşunlarının 2023-cü il üçün hazırlıq planına əsasən, hərbi qulluqçular arasında Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yunan-Roma, sərbəst güləş və cüdo birinciliyi keçirilir.
İyunun 22-si saat 02:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Təsdiq olunmuş plana əsasən Azərbaycan Hərbi Hava Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə "Alpan - 2023" birgə təlimi keçirilir.
“Unudulmaz qəhrəman” Vətən uğrunda qəhrəmancasına döyüşmüş, ərazi bütövlüyümüz naminə canlarını fəda etmiş qəhrəman oğullarımızın əziz xatirəsi sonsuzadək ürəklərdə yaşayacaq.
İyunun 20-i saat 16:30-dan saat 17:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində azad edilmiş ərazilərimizdə cari ilin iyun ayı ərzində 640 hektaradək ərazi minalardan tam təmizlənib.
İyunun 19-u saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
2023-cü ilin hazırlıq planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlarının bölmələrində atəş tapşırıqları icra edilib.