AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə nazirinin təsdiq etdiyi cari ilin fəaliyyət planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növü, baş idarə, idarələrin hüquqşünasları və Hüquq İdarəsinin zabitləri ilə təlim-metodiki toplanış keçirilib.
Mühəndis hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.
Yanvarın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosettonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də İtaliya Respublikasının müdafiə naziri Quido Krosettonu qəbul edib.
Azərbaycan beynəlxalq sülhə öz töhfəsini verirÖlkəmiz beynəlxalq sülhyaratma missiyalarında iştirak edərək təkcə regionda deyil, dünyada da sülh və təhlükəsizliyin qorunub saxlanmasına öz töhfəsini verib...davamı"Azərbaycan Ordusu" qəzetinin tam variantı
Yanvarın 11-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Heydər Əliyev adına Hərbi İnstitutda olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunun bölmələrində, xüsusilə də çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan hərbi hissələrdə istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün nazirliyin müvafiq qurumlarının nəzarəti ilə bütün zəruri tədbirlər həyata keçirilib və hazırda da bu istiqamətdə görülən işlər plana uyğun davam etdirilir.
Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutu 2023-2024-cü tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə adyunkturaya qiyabi və dissertantlıq yolu ilə qəbul elan edir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasında qarşıya qoyulan məqsədlərə nail olunması ilə bağlı nazirlikdə 2022-ci il ərzində müvafiq tədbirlər icra olunub.