AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyulun 16-sı saat 04:00-dan 04:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqedən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub.
Cari ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında keçirilən “Snayper hazırlığı” kursu başa çatıb.
Azərbaycanın hərb tarixində müstəsna yeri olan Tovuz döyüşlərinin ikinci ildönümü ilə əlaqədar respublikamızın bütün bölgələrində, eləcə də Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində silsilə tədbirlər həyata keçirilir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil edilir.
İyulun 13-ü günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.
Tovuz döyüşləri Vətən müharibəsinin başlamasının qığılcımı olduVətən müharibəsinə gedən yolun başlanğıcı olan Tovuz döyüşlərinin başlamasından artıq iki il ötür.
2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş bölmələrin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.
Azərbaycan Ordusunda Tovuz döyüşlərinin ikinci ildönümünə həsr olunmuş anım mərasimləri keçirilir, şəhid məzarları ziyarət olunur, şəhid ailələrinə baş çəkilir və bu döyüşlərin hərb tariximizdə tutduğu yer geniş təbliğ olunur.
Müdafiə Nazirliyi tərəfindən Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar kütləvi informasiya vasitələrinin nümayəndələri üçün media-tur təşkil olunub.