Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 18 Fevral 2022 15:25

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədilə qərara alıram:1.

Mühəndis-istehkam bölmələrində praktiki məşğələlər keçirilir - VİDEO 18 Fevral 2022 10:27

2022-ci ilin fəaliyyət planına uyğun olaraq, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrində praktiki məşğələlər keçirilir.

Hərbi Hava Qüvvələrində təlimlər keçirilib - VİDEO 17 Fevral 2022 14:51

Döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) təlim uçuşları keçirilib.

“Nəsillərin görüşü” adlı növbəti tədbir keçirilib 16 Fevral 2022 19:00

Fevralın 16-da Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə “Nəsillərin görüşü” adlı tədbir keçirilib.

Hərbi hissələrin döyüşə hazırolma vəziyyəti yoxlanılıb - VİDEO 16 Fevral 2022 17:46

Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına əsasən Quru Qoşunlarının, o cümlədən Hərbi Dəniz Qüvvələrinin hərbi hissə və birləşmələrində bölmələrin döyüşə hazırolma vəziyyəti qəfil yoxlanılıb.

"Azərbaycan Ordusu" qəzeti №13 (2624) 16 Fevral 2022 16:55

Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi birgə tədbir keçirdiSilahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsinin İdarəetmə Akademik kursu ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə tədbiri keçirildi...davamı Dəmir qanadlı Azərbaycan şahinləri, bayramınız mübarək!Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ilin əvvəllərində yenicə formalaşmaqda olan milli ordunun xüsusi qoşun növü hesab edilən Hərbi Hava Qüvvələri yaranmağa başladı...davamı Vətənə sevgisini qəhrəmanlığı tamamladı Qərbdən Alazan, cənubdan Böyükçay çaylarının əhatə etdiyi qədim bir kənddə, Lahıcda Məhəmməd adlı bir kişi yaşayırdı...davamı Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsiMövzu:

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 15 Fevral 2022 11:06

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü saat 18:45-dən başlayaraq Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Barmaqbinə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutub.

Hərbi Hava Qüvvələrinə həsr olunan tədbir keçirilib - VİDEO 14 Fevral 2022 19:51

Fevralın 14-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə “Hava şahinlərimizin Vətən müharibəsinin qazanılmasında rolu” adlı tədbir keçirilib.

Azad edilən ərazilərdə mühəndis təminatı üzrə tədbirlər davam etdirilir - VİDEO 14 Fevral 2022 13:42

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad edilən ərazilərimizdə mühəndis işləri davam etdirilir.

Şəhid Fərid Məhərrəmovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib - VİDEO 13 Fevral 2022 15:10

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan əsgər Fərid Məhərrəmovun xatirəsinə həsr edilən anım mərasimi keçirilib.