Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Fevral 2022 19:00

“Nəsillərin görüşü” adlı növbəti tədbir keçirilib

Fevralın 16-da Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə “Nəsillərin görüşü” adlı tədbir keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin zabiti polkovnik Elşad Əbilov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Raqif Abbasov, Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov,  qazilər, müharibə veteranları və gənclər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
BŞGİBİ-nin rəisi Raqif Abbasov çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərin xalqımızın tarixində müstəsna rol oynadığını bildirib. O, xalqımızı bu Zəfərə qovuşduran Müzəffər Ali Baş Komandana, Şanlı Ordumuza minnətdarlığını ifadə edərək, Vətən müharibəsində qazanılan parlaq Qələbədə ölkə gəncliyinin də yaxından iştirak etdiyini, dövlətimizin ərazi bütövlüyünün bərpasına böyük töhfə verdiyini qeyd edib.
Tədbirdə çıxış edən veteranlar və dövlət qurumlarının nümayəndələri də Vətən müharibəsindəki tarixi Qələbənin Azərbaycan xalqının həyatında həlledici rol oynadığını, dövlətimizin gücünə güc qatdığını, onun inkişafı üçün geniş perspektivlər açdığını bildiriblər.