AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən dekabrın 12-də Azərbaycan Ordusunun bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordusu, hərbi birlik və birləşmələr, xüsusi təyinatlı təhsil müəssisələrində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə bir sıra tədbirlər keçirilib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar dekabrın 12-də Ulu Öndərin İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev Parkında ucaldılan abidəsi ziyarət olunub.
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə C.Naxçıvanski adına Hərbi Liseyə ümummilli lider Heydər Əliyevin ildönümü münasibətilə medi-tur təşkil edilib.
Dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib.
Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə anım mərasimləri keçirilib.
Hərbi Tibb Fakültəsinin rezidenturasında təhsil alan hərbi həkimlərin növbəti buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyi Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi ilə birgə 2021-ci ilin fəaliyyət planı çərçivəsində hərbi qulluqçular üçün Beyləqan, Bərdə və Gəncə şəhərlərində beynəlxalq humanitar hüquq mövzusunda seminarlar təşkil edib.