Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Dekabr 2021 13:36

Hərbi qulluqçularla beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib

Müdafiə Nazirliyi Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi ilə birgə 2021-ci ilin fəaliyyət planı çərçivəsində hərbi qulluqçular üçün Beyləqan, Bərdə və Gəncə şəhərlərində beynəlxalq humanitar hüquq mövzusunda seminarlar təşkil edib.
Seminarlarda beynəlxalq humanitar hüququn əsasları, norma və prinsipləri, eləcə də münaqişə zonalarında onların tətbiq edilməsinin əhəmiyyəti barədə hərbi qulluqçulara ətraflı məlumat verilib.
Eyni zamanda, döyüş əməliyyatları gedən ərazilərdə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, hərbi əsirlərlərlə davranış qaydaları, eləcə də Cenevrə Konvensiyalarının digər tələblərinə dair fikir mübadiləsi aparılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.