AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyulun 19-u saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.
Əlahiddə Ümumqoşun Orduda əsgərlərin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının artırılması istiqamətində mütəmadi olaraq tədbirlər görülür.
Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!Müsəlman dünyasının mənəvi birlik, həmrəylik, qardaşlıq rəmzi olan Qurban bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, müqəddəs və şərəfli xidmətinizdə uğurlar arzulayıram.
İyulun 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.
İyulun 17-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Vətən müharibəsində şəhid olmuş mayor Fərid Ələkbərovun xatirəsinə həsr olunmuş anma mərasimi keçirilib.
Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağrılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələn vəzifələr ölkəmizdə uğurla həyata keçirilir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ötən il sentyabrın 27-də respublikamızın ərazi bütövlüyünün bərpası və işğal edilmiş tarixi torpaqlarımızın azad olunması uğrunda “Dəmir Yumruq” əməliyyatı ilə başladığımız Vətən müharibəsində təcavüzkar Ermənistan üzərində qazanılan möhtəşəm qələbə hərb tariximizə qızıl hərflərlə yazılıb.
Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsiMövzu:
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 16-sı saat 20:40-dan 22:30-dək Basarkeçər rayonunun Yuxarı Şorca kəndi ərazisində yerləşən mövqelərindən fasilələrlə və iyulun 17-si saat 01.00 radələrində Berd rayonunun Mosesqex kəndi istiqamətindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu kəndi və Tovuz rayonunun Ağdam kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
İyulun 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri ilə görüşüb.