Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyul 2021 10:00

"Azərbaycan Ordusu" qəzeti № 55 (2563)

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi
Mövzu: Şüurlu hərbi intizam ordunun həyat və fəaliyyətinin, döyüşdə isə müvəffəqiyyətin əsas prinsipi və şərtidir
Suallar:

1. Şüurlu hərbi intizam ordunun həyat və fəaliyyətinin əsas prinsipidir.

2. Möhkəm hərbi intizam döyüşdə müvəffəqiyyətin əsas şərtidir...davamı



“Şəhidlərimiz Vətənə olan bağlılıqlarını əməlləri ilə göstərdilər”

Həyatımız boyu çata biləcəyimiz bir zirvə var ki, bu yüksəkliyə ucalanlar əbədilik qazanırlar. Bu zirvə - Şəhidlik zirvəsidir. Bu zirvəyə qorxu bilmədən Vətəninin və xalqının azadlığı uğrunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilirlər. Şəhidlik vətənpərvərliyin ən ali məqamı, Vətənə olan sonsuz sevginin təcəssümüdür. Bu sevgi 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində də təcavüzkar düşmənin işğalçı siyasətinə son qoydu. Vətənimizin mənafeyini hər şeydən üstün tutanlar peşəsindən asılı olmayaraq, onun müdafiəsinə qalxdılar. Azərbaycan Ordusunun şəxsi heyəti döyüş meydanında göstərdiyi şəxsi nümunə ilə işğalda olan torpaqlarımızı yağılardan azad etdi. Belə vətənpərvər oğullarımızdan biri də şəhid Afərin Müqəddəs oğlu Qulamzadədir...davamı



“Ən gözəl və unudulmaz xatirələrim əsgər dostlarımla bağlıdır”

Dost dar gündə sınanar. Vətən müharibəsində yaralansa da, əsgər dostunu çiyninə alıb qayalıqları aşan, qələbəyə doğru irəliləyən, düşmən tərəfindən atılan qumbaranın üstünə uzanaraq əsgər yoldaşlarını ölümdən xilas edən Azərbaycan əsgərinin qəhrəmanlığını, vətənpərvərliyini nə xalqımız, nə də düşmən heç vaxt unutmayacaq. İgid oğullarımız Aprel döyüşlərində olduğu kimi, Vətən müharibəsində də igidliyi, mərdliyi ilə tarix yazdılar...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı