AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
2021-ci ilin fəaliyyət planına əsasən Müdafiə Nazirliyinin dəstəyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları üçün seminar keçirilib.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün Bakı Dövlət Universiteti və Psixologiya Elmi-Tədqiqat İnstitutu əməkdaşlarının “Təşəbbüs" qrupu tərəfindən elmi-praktiki seminar keçirilib.
Müdafiə Nazirliyinin qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2021-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasına başlanılıb.
"Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 14 aprel 2021-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Müdafiə naziri tərəfindən tədbirlər planı imzalanıb.