Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Aprel 2021 19:48

C.Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib

"Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 14 aprel 2021-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Müdafiə naziri tərəfindən tədbirlər planı imzalanıb.
Plana əsasən bu gündən etibarən müxtəlif qoşun növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 50 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar silsilə tədbirlərə start verilib.