AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
1918-ci ilin yazında erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı törədilən amansız soyqırımının 103 illiyi ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.
Bakıda işgüzar səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanının müavini aviasiya marşalı Aamir Masudun rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib.
31 mart – Azərbaycanlıların Soyqırımı Günü il əlaqədar Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə anım mərasimi keçirilib.
Martın 31-də Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin doğum günü münasibətilə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu igidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.
Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq tarixi əsrlər boyu yaddaşımızdan silinməyəcəkSentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən İkinci Qarabağ müharibəsində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu xalqımızın Zəfər salnaməsini yazdı.
Martın 29-da Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda işgüzar səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanının müavini aviasiya marşalı Aamir Masudun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin hərbi rəhbərləri ilə təlim toplantısı keçirilib.
Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kursları başa çatan gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar.