AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
- TƏCİLİ - Düşmən Goranboy və Naftalan istiqamətindəki ərazilərimizi atəşə tutur.
- TƏCİLİ - Tərtər və Bərdə rayonlarının ərazilərindəki yaşayış məntəqələrimiz düşmən tərəfindən atəşə tutulur.
Oktyabrın 23-ü gündüz saatlarında Cəbrayıl rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus "BZEZ" zərbə pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib.
Oktyabrın 23-ü gün ərzində və 24-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.
Cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin könüllülərdən ibarət dəstələri və döyüş texnikalarının məhv edilməsinin videogörüntüləri.
Ermənistan tərəfinin guya İranın hava məkanına Azərbaycan Ordusuna məxsus kamikadze-dronun daxil olmasından sonra bu ölkənin Azərbaycanın mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır və düşmənin növbəti dezinformasiyasıdır.
Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir.