AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Goranboy, Tərtər və Ağdam rayonlarının cəbhəboyu kəndləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşinə tutulur.
Oktyabrın 1-də səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub.
Azərbaycan Ordusunun bölmələrinin hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir.
Oktyabrın 1-dən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmi teleqram kanalı (https://t.me/Azerbaijan_MOD) fəaliyyətə başlayıb.
Oktyabrın 1-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini yenidən artilleriya atəşinə tutur.
Ermənistan silahlı qüvvələrinin işğal altında olan torpaqlarımızda tutduqları mövqelərinə gecə ərzində bölmələrimiz tərəfindən sarsıdıcı artilleriya zərbələri endirilib.
Düşmənin müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən məhv edilib.
Sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib.