AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Oktyabrın 26-da saat 18:15-də düşmən “Smerç” yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini atəşə tutub.
- TƏCİLİ - Tərtər şəhəri və rayonun kəndləri yeni humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri tərəfindən yenidən atəşə tutulur.
Azərbaycan Ordusuna məxsus zərbə PUA-nın cəbhə xəttində guya məhv edilməsi barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.
Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edib.
- TƏCİLİ - Oktyabrın 26-sı saat 15:30-da Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Tərtər şəhərini toplardan atəşə tutub.
Yeni humanitar atəşkəs rejimini pozmaqda davam edən Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini yenidən artilleriya atəşinə tutub.
Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.