AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
TƏCİLİ Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Ağdam rayonu ərazisini atəşə tutur.
Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri qüvvə və vasitələri cəmləşdirərək cəbhənin müxtəlif istiqamətlərində hücum etməyə cəhd göstərib.
Bu gün saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib.
TƏCİLİ Tərtər və Ağdam rayonlarının ərazisi düşmən tərəfindən atəşə tutulur.
Ermənistan tərəfinin guya Qafanın bölmələrimiz tərəfindən raket atəşinə tutulması, ölən və yaralananların olması barədə yaydığı məlumat yalandır və düşmənin növbəti təxribatıdır.