AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyunun 7-də Müdafiə Nazirliyinin rəhbərliyi yeni istifadəyə verilən Snayper hazırlığı Mərkəzində olub.
İyunun 7-də Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Hava Qüvvələrinin Təlim Mərkəzlərindən birində olub.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 7-də Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığından keçən Ermənistan və Azərbaycan dövlət sərhədində keçirilən monitorinq insidentsiz başa çatıb.
“Seçdiyim yolu Vətən sevgisi işıqlandırır” “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” Azərbaycan Silahlı Qüvvələri Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və xalqın azadlığının qoruyucusudur.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 7-də Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığından keçən Ermənistan və Azərbaycan dövlət sərhədində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
İyunun 5-də Müdafiə Nazirliyinin mərkəzi aparatı ərazisində müasir standartlara cavab verən yeni inşa edilmiş yeməkxana istifadəyə verilib.
Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən Tbilisi şəhərində üç ölkənin xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı” birgə təlimi keçirilir.
NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə Qaraheybət Təlim Mərkəzində keçirilən səhra təlimi başa çatıb.
Artilleriyaçıların hazırlığı möhkəmlənir “Ən yaxşı artilleriya divizionu”Silahlı Qüvvələrdə şəxsi heyətin döyüş ustalığını artırmaq üçün kompleks tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.