AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ordunun döyüş hazırlığının yüksəldilməsi və hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər davam etdirilir.
Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fevralın 1-də cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə erməni tərəfinin yaydığı məlumat yalandır.
Fevralın 1-də Ermənistan silahlı bölmələri avtomatik silahlardan və qumbaraatanlardan da istifadə etməklə cəbhə xəttində növbəti dəfə atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında Silahlı Qüvvələrdə hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması sahəsində 2017-ci il üçün birgə tədbirlər planı imzalanıb.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 fevral 2017-ci il tarixədək 79.544.198,44 AZN, 212.673,88 ABŞ dolları, 6235,69 avro və 5000,0 rubl vəsait daxil olub.