AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan silahlı qüvvələri tərəfindən təxribatların intensivləşməsi ilə əlaqədar, eləcə də müdafiənin ön xəttində bölmələrimizin döyüşə hazırlıq səviyyəsinin yerində qiymətləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonaya səfər edib.
Fevralın 22-də günorta saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Xəlilov Xanoğlan İntizam oğlu şəhid olub.
Düşmən itki verərək geri çəkilibFevralın 21-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək üçün mövqelərimizə basqın etməyə cəhd göstərib.
Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib.
Fevralın 20-də Təlim və Tədris Mərkəzində Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılmasının 18-ci ildönümünə həsr edilmiş “Müasir təhlükəsizlik sistemində kibertəhlükəsizlik məsələləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Fevralın 20-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiç ilə görüşüb.
Fevralın 18-dən martın 10-dək Saçxere şəhərində (Gürcüstan) "Təməl qış dağ hazırlığı kursu" keçirilir.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olub.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı arasında imzalanan 2017-ci il üçün birgə tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrinin tabeliyindəki hərbi hissələrdə “Ombudsman təsisatı və bu təsisatın hərbi qulluqçuların hüquqlarının müdafiəsi yönümündə apardığı işlər” mövzusunda, həmçinin insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar şəxsi heyətlə görüş keçirilib.
Fevralın 16-da Amerika Birləşmiş Ştatlarının Baş Qərargahlar rəisi general Cozef Danfordun və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Bakıda görüşü olub.