AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Avqustun 14-də Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Avqustun 14-də Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu nümayəndə heyəti ilə birgə Azərbaycana işgüzar səfərə gələcək.
Moskva şəhərində işgüzar səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 13-də Alabino poliqonunda təşkil edilən "Beynəlxalq Ordu Oyunları - 2016" yarışlarının təntənəli bağlanış mərasimində iştirak edib.
Azərbaycan hərbi dənizçilərinin də iştirak etdiyi "Beynəlxalq Ordu Oyunları -2016" yarışları çərçivəsində keçirilən "Xəzər kuboku - 2016" müsabiqəsinə yekun vurulub.
Avqustun 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə işgüzar səfərə gedib.
Rusiya Federasiyasında keçirilən "Beynəlxalq Ordu Oyunları - 2016" yarışlarının "Tank biatlonu" müsabiqəsində iştirak edən Azərbaycan tank heyətləri uğurlu nəticə əldə ediblər.
Avqustun 11-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Xüsusi Təyinatlı Qüvvələrin Tədris Mərkəzində olub.
Azərbaycan hərbi dənizçilərinin iştirak etdiyi "Beynəlxalq Ordu Oyunları - 2016" yarışları çərçivəsində keçirilən "Xəzər kuboku - 2016" müsabiqəsi başa çatıb.
"Beynəlxalq Ordu Oyunları - 2016" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" müsabiqəsində iştirak edən Azərbaycan tankçıları fərdi yarışlar zamanı müsabiqənin növbəti mərhələsində bütün hədəfləri məhv edərək Ermənistan komandasını qabaqlayıb və yarımfinala vəsiqə qazanıblar.
NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 44 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.